"Ora getmək mənim üçün kədərdir"

"Ora getmək mənim üçün kədərdir"
832 dəfə oxunub
  • A-
  • A
  • A+

"Mən də Qazaxda doğulmuşam. Oranı dana bilmərəm. Qazax mənim üçün həm sevinc, həm də kədərdir. Son illər daha çox kədərdir".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Xumar Qədimova "Rəngarəng səhər" proqramında deyib. Müğənni doğulduğu Qazax elindən danışıb:

"Son illər Qazaxa gedə bilmirəm. Əzizlərimi, doğmalarımı itirdiyim üçün".

X.Qədimova trend olan mahnılarından danışaraq "Müğənninin zorla bir-iki trend olan mahnısını tapırlar. Xumarın trend olan səsi, sənətidir. Trend olan Xumarın mahnısı deyil. "Sevdim səni" mahnısı çıxdı və heç kimdə olmadığı kimi oldu" sözlərini əlavə edib.