"Onları itirməkdən qorxmuram"

"Onları itirməkdən qorxmuram"
1155 dəfə oxunub
  • A-
  • A
  • A+

"Pop mahnılar oxumaqdan zövq almıram. Hərdən konsertlərdə oxuyanda da baxıram ki, ürəyimcə deyil".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Çingiz Mustafayev "Gündən-günə" verilişində deyib. O bildirib ki, oxu janrını dəyişib və buna görə də tamaşaçı itirməkdən qorxmur:

"Zərrə qədər də tamaşaçı itirməkdən qorxmuram. Ümumiyyətlə, itirməkdən qorxmuram. Qorxsaydım, gedib 6 ay Balidə qalmazdım. Orada ayaqyalın gəzməyi, özümlə tək qalmağı, təbiətlə olmağı seçdim. Özümə, biliyimə yatırım etməyi seçdim. İtirsəm də peşman olmayacam. Hər şey nisbidir, məndən də qəribələri var".