"Toydan qazandığımız heç üç gün bizə çatmır"

"Toydan qazandığımız heç üç gün bizə çatmır"
1879 dəfə oxunub
  • A-
  • A
  • A+

"Şou-biznes sözündən xoşum gəlmir. Şou ayrı, biznes ayrıdır. Bizim müğənnilərdə şou-biznesi görmürəm. Beyonsa, Cennifer Lopezə, Şakiraya baxıram, şou-biznes onlardadır. Çünki konsertdən milyonlarlar qazanırlar. Amma bizdə şou-biznes deyəndə mənə qəribə gəlir".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova "Elgizlə izlə" verilişində deyib. O, toyu düşünərək yaşayanları müğənni hesab etmədiyini bildirib:

"Toydan qazandığımız heç üç gün bizə çatmır. Müğənni toyları fikirləşməməlidir. Əgər toyu fikirləşib həyatını yaşayırsa, o, müğənni deyil. Özünü toy bazarı ilə təqdim edənə müğənni demirəm".