Bu gün Malmödə səhnəyə çıxacaqlar

Bu gün Malmödə səhnəyə çıxacaqlar
496 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün İsveçin Malmö şəhərində 68-ci "Avroviziya" mahnı müsabiqəsi start götürəcək. 

Axşam.az xəbər verir ki, birinci yarımfinalda 15 ölkə təmsilçisi yer alacaq. Onlar Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova və Azərbaycandır. 

Ölkəmizi yarışmada Fahree və İlkin Dövlətov "Özünlə apar" mahnısı ilə təmsil edəcək. Onlar səhnəyə 12-ci çıxacaqlar.

İkinci yarımfinalda isə Avstriya, Malta, İsveçrə, Yunanıstan, Çexiya, Albaniya, Danimarka,Ermənistan, İsrail,Estoniya, Gürcüstan, Hollandiya, Norveç, Latviya, San Marino mübarizə aparacaq.

Qeyd edək ki, ikinci yarımfinal mayın 9-da keçiriləcək. Final isə mayın 11-də olacaq. Finala birbaşa vəsiqə qazanan ölkələr İsveç, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniyadır.