Britaniyanın ilk milyarder musiqiçisi odur

Britaniyanın ilk milyarder musiqiçisi odur
333 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli müğənni Pol Makkartni son bir ildə sərvətini artıraraq Britaniyanın ilk milyarder musiqiçisi olub.

Axşam.az xəbər verir ki, bu barədə 2024-cü ilin ən zəngin insanlarının siyahısını tərtib edən "The Sunday Times" məlumat yayıb.

Varlı insanların reytinqində Makkartni 165-ci yerdə qərarlaşıb. 81 yaşlı musiqiçi ötən il qastrol səfərləri və diskoqrafiya satışları hesabına sərvətini 50 milyon funt sterlinq artırıb.

Onun sərvəti hazırda 1,3 milyard dollar dəyərində qiymətləndirilir.