Sərxan Kamallı vəfat etdi

Sərxan Kamallı vəfat etdi
2313 dəfə oxunub
  • A-
  • A
  • A+

Jurnalist Sərxan Kamallı vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə onun iş yoldaşları məlumat yayıblar.

Bildirilib ki, ötən gün insult keçirən və komatoz halında Xətai Tibb Mərkəzinə yerləşdirilən jurnalist dünyasını dəyişib.

Qeyd edək ki, Sərxan Kamallı jurnalistika fəaliyyətinə 2008-ci ildə ANS-də başlayıb. Onun son iş yeri Baku TV-də redaktor vəzifəsi olub.