Məşhur oyunun səsləndirməsini əsl qanqsterlər edib

Məşhur oyunun səsləndirməsini əsl qanqsterlər edib
1076 dəfə oxunub
  • A-
  • A
  • A+

"GTA San Andreas" oyununda personajları səsləndirmək üçün əsl dəstə üzvlərindən istifadə olunub.

Axşam.az xəbər verir ki, bu barədə "Rockstar Games"in keçmiş əməkdaşı Lazlo Cons bildirib:

"Şirkət həmişə onlara lazım olan aksentli insanları axtarırdı. Bu, "GTA San Andreas" qanqsterlərinin personajlarına da aid idi. Mümkün olan ən orijinal səsi əldə etmək üçün komanda əsl qanqster üzvlərini işə götürdüK. Biz onlara ssenariləri göstərdik. Onlar hansı sözlərdən istifadə etdiklərini və onları necə tələffüz edəcəklərini dedilər".