7-ci Beynəlxalq Animasiya Festivalı keçiriləcək

7-ci Beynəlxalq Animasiya Festivalı keçiriləcək
246 dəfə oxunub
  • A-
  • A
  • A+

2024-cü il oktyabrın 2-dən 6-dək Bakıda Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

Axşam.az-ın məlumatına görə, Assosiasiyadan bildirilib ki, animasiya peşəkarları, həvəskarları və studiyaları festivalın müsabiqə proqramında iştirak etməyə dəvət olunur.

Animasiya filmləri festivalın onlayn FilmFreeway platforması vasitəsilə qəbul edilir.

Filmlər aşağıdakı şərtlərə uyğun olmalıdır:

1. Filmlər yerli və beynəlxalq kateqorıyalar üzrə qəbul olunur.

2. Filmlər 2023-cü il yanvarın 1-dən sonra çəkilməlidir.

3. Filmin 50 faizdən çoxu animasiya olmalıdır. Filmdə istifadə edilən animasiya texnikaları və mövzularına məhdudiyyət qoyulmur. İştirakçılar iyulun 15-dək müraciət edə bilərlər.

ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Azərbaycanın ilk və tək animasiya festivalıdır. 2018-ci ildən başlayaraq təşkil olunan festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə onları görüşdürüb yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir.