Niyaməddin Musayevdən bu görüntülərlə bağlı - Açıqlama+Yenilənib

Niyaməddin Musayevdən bu görüntülərlə bağlı - Açıqlama+Yenilənib
2455 dəfə oxunub
  • A-
  • A
  • A+

Sosial media seqmentində Xalq artisti Niyaməddin Musayevin görüntüləri yayılıb.

Axşam.az xəbər verir ki, videoda müğənninin avtomobilini idarə edərkən polis tərəfindən saxlanıldığı əks olunub. Polis əməkdaşları onu saxlayaraq sükan arxasında əyləşən N.Musayevin sənədlərini yoxlayıblar.

***

Xalq artisti Niyaməddin Musayev sosial mediada yayılan görüntülərə münasibət bildirib.

Axşam.az xəbər verir ki, o, “qafqazinfo”ya açıqlamasında əslində saxlanılmadığını, polisdən kömək istədiyini söyləyib:

“Mən axşamlar Ağ Şəhər bulvarına gəzintiyə çıxıram, sağlam həyat tərzi sürürəm. Dünən də “Bulvar hotel”in yaxınlığında maşını saxladım. Bildiyimiz kimi, yeni parkinq qaydalarına görə, avtomobili saxlayandan sonra proqram vasitəsilə parkinq ödənişi edilməlidir. Bu, edilmədiyi təqdirdə 20 manat cərimə gəlir. Mənim də müasir texnologiyalardan, proqramlardan elə də başım çıxmır. Maşını saxlayandan sonra xüsusi kodu daxil edib ödəniş etməyə görə orada xidmət aparan polislərə müraciət etdim. Onlar da mənə kömək etdilər, 1 manat parklanma ödənişini edib oranı tərk etdim. Polislərin köməyi ilə proqramı yoxladıqda maşınıma cərimə gəlmədiyini gördük”.