Vergi orqanları Hüseynin avtomobillərini və evini əlindən almaq istəyir

Vergi orqanları Hüseynin avtomobillərini və evini əlindən almaq istəyir
503 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada məşhurlaşan bloger Hüseyn Həsənovun vergi ilə bağlı problemləri bitmək bilmir. 

Axşam.az xəbər verir ki, rus mediası vergi orqanlarının onun əmlaklarını ələ keçirməyə çalışdığını yazıb. Bildirilib ki, Federal Vergi Xidməti məhkəmə yolu ilə Həsənovun hazırda Moskvada olan iki lüks avtomobil və mənzilini əlindən almaq istəyir. 

Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin fərdi sahibkar Hüseyn Həsənova müraciəti üzrə icraata başlayıb. 

Xidmət onun əlindən bunları almaq istəyir:

- Neva Towers "Moscow City"də 124 kvadratmetr sahəsi olan mənzil (bazar dəyəri 150 milyon rubla çatır)

- 2020-cu il buraxılışı olan “Rolls-Royce Cullinan” avromobili (bazar dəyəri 50 milyona rubla çatır)

- 2022-ci il buraxılışı olan “Chevrolet Tahoe” avtomobili (bazar dəyəri 11 milyon rubla çatır).

Məlumata görə, bütün məsələ blogerin Federal Vergi Xidmətinə külli miqdarda yaranan borcudur: Hüseyn Həsənovun vergi orqanlarına 128,5 milyon rubl borcu var.