İngiltərə Bankının xeyriyyə hərracında kral III Çarlzın təsviri olan 10 funtluq yeni əskinas 17 min funt sterlinqə (təxminən 36 min 510 manat) satılıb.
Axşam.az xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.
Kralın təsviri olan əskinasların unikallığı onun seriya nömrəsindədir. Onların seriyası “01” rəqəmləri ilə bitir.
Ənənəyə görə, “HB01 000001” nömrəli əskinas kralın özündə, “HB01 000002” nömrəli əskinas isə həmişə kraliçaya göndərilirdi. Lakin bu dəfə yeni pul hərraca çıxarılıb.
