Boşansalar da birlikdədirlər - Foto

Boşansalar da birlikdədirlər - Foto
14965 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Xalq artisti Yusif Eyvazov və həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko 10 illik münasibətlərini sonlandıraraq boşanıb.

Axşam.az-ın məlumatına görə, haqlarında çıxan xəbərlərdən sonra Anna yenidən Yusiflə bağlı paylaşım edib. O, oğlu və keçmiş həyat yoldaşı ilə birgə fotolarını sosial media hesabında yayımlayıb. Anna paylaşımına "Nəsə əbədi olaraq qalır" deyə, bildirib. Yusif onun paylaşımına ürək emojiləri qoyub.

Qeyd edək ki, Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorudur.

Onların boşanmasına səbəb aralarındakı məsafəyə görə vaxt ayırmamaları olub. Belə ki, Yusif Bakıda, Anna isə Vyanada işləyir.