"Niyə səninlə evlənmədilər?" - Hülya Avşardan Məryəm Üzərliyə

"Niyə səninlə evlənmədilər?" - Hülya Avşardan Məryəm Üzərliyə
2428 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa-müğənni Hülya Avşarın aparıcısı olduğu proqramın bu dəfə ki, qonağı aktrisa Məryəm Üzərli olub.

Axşam.az xəbər verir ki, Hülyanın Məryəmə proqram əsnasında verdiyi sual gündəm olub. Belə ki, o, aktrisadan "Heç evlənmədin, hə? Niyə ailə qurmadın? Niyə səninlə evlənmədilər?" deyə, soruşub.

Məryəm isə sualə belə cavablayıb:

"Evlənmədilər, deyil. Bəzən həyat səni yaşayır, bəzənsə sən hıyatı. Bir dövr həyat məni yaşadı. Ən önəmlisi səhvləri bilməyərək buraxmaqdır. 
Sevgi nə vaxt uğurludur ki? Biri ilə birlikdə olub, həyatın sonuna qədər davam edincə, uğurlu olur? Ya da ayrılanda uğursuz? Məncə eşq üçün uğur və ya uğursuzluq yoxdur".