Sərxanın sözləri Könül Kərimovanı özündən çıxartdı - Video

Sərxanın sözləri Könül Kərimovanı özündən çıxartdı - Video
5129 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Könül Kərimova ilə aparıcı Sərxan Kərəmoğlu arasında mübahisə düşüb. 

Axşam.az xəbər verir ki, "Zaurla Günaydın" proqramına qonaq olan Sərxan müğənni haqqında "Könül Kərimova ömürboyu əliboş gəlib. Heç görməmişəm nəsə alıb gətisin" sözlərini deyib. Onun bu ifadələri Kərimovanı özündən çıxarıb. 

Əsəbiləşən müğənni "Duzsuz danışıqlarını saxla, mənimlə danışırsan. Sifətim çönər. Elə çönər ki, döndərə bilməzsən" deyərək, mikrofonu yerə qoyub. 

İfaçı daha sonra çox əsəbiləşdiyini deyənlərə "Həyat insanı çox dəyişdirir. Bəzən illər keçdikcə doğma bildiklərindən, sirdaşından elə zərbə alırsan ki, insana pis təsir edir" cavabını verib.