"Görməmiş olmaq lazımdır" - Nüşabə Ələsgərli

"Görməmiş olmaq lazımdır" - Nüşabə Ələsgərli
1656 dəfə oxunub
  • A-
  • A
  • A+

"Maqazin proqramlarının dünya təcrübəsinə baxsaq, maşın, şuba, var-dövlət, ev, mal-mülk göstərmək prestij sayılır".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Tarixin bir günü" verilişində deyib. İfaçı son zamanlar həmkarlarının geyimlərinin, maşınlarının qiyməti ilə gündəmə gəlməsi mövzusuna toxunub:

"Sadəcə biz elə bir dövrdə böyümüşük ki, bizim tərbiyəmiz, gördüyümüz ailə bu görməmişliyi etməyimizə icazə vermir. İstəmirik ki, bunu göstərək, nəyinsə qiymətini deyək, nümayiş etdirək. Hətta elə sualları da sevmirəm. Amma normal baxıram. İndiki zamanda görməmiş olmaq lazımdır. Lakin bu, bizim üçün görməmişlikdir".