Müğənni Dilarə Kazımova yeni fotosessiyasını təqdim edib.
Axşam.az xəbər verir ki, sənətçi başına tac qoyub və bahalı boyunbağı ilə obyektiv qarşısına keçib.
"Səhnədə olduğum illər ərzində daim qalmaqaldan, söz-söhbətdən uzaq gəzməyə çalışmışam. Hətta israrla deyirəm ki, bu məndə alınır. Başımda iri tac və əqrəb formalı boyunbağı ilə şəkil çəkdirmək öz ideyamdır. Çəkiliş dəniz kənarında gerçəkləşdi. Yəqin ki, oxucular yaratdığım obrazı gözəl qarşılayacaqlar. Dilarə olaraq həmişə seçilmişəm. Məncə, bu əqrəb boyunbağı məndən başqa heç bir qadın müğənnisinə yaraşmaz. İnanmıram ki, kimsə bu ideyamı təkrarlayıb, boğazına boyunbağı taxar" deyə, Dilarə vurğulayıb.
Dilarə əlavə edib ki, boyunbağıda 500-ə qədər qaş istifadə edilib və 1 aya hazırlanıb.