"Muro"ya çəkilməkdən imtina etdi

"Muro"ya çəkilməkdən imtina etdi
988 dəfə oxunub
  • A-
  • A
  • A+

Baş rollarını Mustafa Üstündağ ilə Şefik Onatoğlunun paylaşdığı "Muro: Nalet Olsun İçimdeki İnsan Sevgisine" filminin ikinci hissəsi çəkilməyəcək.

Axşam.az xəbər verir ki, ötən ay başlayan hazırlıq və danışıqların sonunda Mustafa Üstündağın büdcə məsələsində razılaşa bilmədiyi və bu səbəbdən filmin hələ başlamamış dayandırıldığı öyrənilib.

Qeyd edək ki, ekran işi "Kurtlar Vadisi Pusu" serialındakı eyniadlı personajın macərasından bəhs edir. Filmin ilk bölümü 2008-ci ildə tamaşaçılarla təqdim olunmuş və 19 həftə kinoteatrlarda qalaraq 18 milyon 73 min 564 lirə gəlir əldə etmişdi.