Afra Saraçoğlu illər sonra atasını bağışladı

Afra Saraçoğlu illər sonra atasını bağışladı
4495 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Afra Saraçoğlu illər sonra atası ilə görüşüb.

Axşam.az xəbər verir ki, aktrisa onu və anasını gənc yaşlarında tərk edən atası Uğur Saraçoğlunu bağışlayıb.

O, valideynini görmək üçün ABŞ-yə gedib.

Qeyd edək ki, Afra Saraçoğlu 6 il əvvəl verdiyi müsahibəsində atası ilə bağlı "Anamla atam mən çox gənc olanda ayrıldılar. Atamla iki dəfə, 9 və 13 yaşlarımda görüşmüşəm. Mən heç vaxt atam yoxdur deyib ağlamadım, amma bu, içimdə bir yara idi, mənə aqressiya verdi. Artıq onunla görüşmərəm, çünki onun üzərimdə heç bir əməyi yoxdur" sözlərini demişdi.