Tom və Ketinin 18 yaşlı qızı belə görüntüləndi

Tom və Ketinin 18 yaşlı qızı belə görüntüləndi
999 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur ulduz Tom Kruz və Keti Holmsun 18 yaşlı qızı Suri Kruz paparatsilərə tuş gəlib.

Axşam.az xəbər verir ki, bu günlərdə atasının soyadından imtina etməsi ilə gündəmə gələn Suri onu həyatından tamamilə silib.

Ötən gün o, yeni sevgilisi ilə ictimaiyyət qarşısına çıxaraq pozalar verib. Fotoqraflar sevimli cütlüyü Nyu-Yorkda gəzərkən görüntüləyiblər. Hər addımda qucaqlaşmaq və öpüşmək üçün tez-tez dayanan cütlük şəkillərinin çəkilməsinə də əhəmiyyət verməyiblər.

Surinin sevgilisi onun sinif yoldaşı, gənc musiqiçi və mahnı müəllifi, nəinki gözəl oxuyan, həm də piano və gitara çalan Tobi Kohendir.