Bu film ilk gündə 22,5 milyon gəlir qazandı - Video

Bu film ilk gündə 22,5 milyon gəlir qazandı - Video
993 dəfə oxunub
  • A-
  • A
  • A+

Rejissor Con Krasinskinin franşizasına əsaslanan "Sakit yer: Birinci gün" qorxu fillmi ABŞ-də nümayiş olunduğu ilk gündə (28 iyun) 22,5 milyon dollar gəlir əldə edib.

Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Ekran işi Conun 2021-ci ildə lentə aldığı eyniadlı filmdən 19,3 milyon dollar daha çox gəlir qazanıb.

Layihə tənqidçilər və tamaşaçılar tərəfindən çox bəyənilib. 

Filmin bu gün ümumilikdə 53 milyon dollar qazanacağı gözlənilir.

Rejissor Maykl Sarnoskinin lentə aldığı "Sakit yer: Birinci gün" 67 milyon dollara başa gəlib. Ekran işində baş rolları Lupita Nyonqo və Cozef Kuinn rol alıb.