2022-ci ildə vəfat edən Kamerun əsilli rusiyalı reper Pyer Narsissin oğlu olduğu üzə çıxıb.
Axşam.az xəbər verir ki, bunu onun Kamerunda yaşayan 21 yaşlı futbolçu oğlu Andre Mboa "Malaxov" verilişində sübut edib.
O, reperin övladı olduğunu təsdiq edən DNT analizlərinin nəticələrini proqramda göstərib.
Andre mərhum atasının mirasından pay istəmədiyini bildirib.