"Yeni maşınımın şüşəsi çat-çat oldu"

"Yeni maşınımın şüşəsi çat-çat oldu"
1556 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Gülay Zeynallı başına gələn hadisəni danışıb.

Axşam.az xəbər verir ki, "Afaqla onlar" verilişinə qatılan sənətçi nəzərə gəldiyini deyib:

"Allah hamını gözdən, nəzərdən uzaq etsin. Çox pisdir. Tez nəzərə gələn insanam. Dəfələrlə olub ki, bunu hiss etmişəm. Bəzən tədbirdə o qədər tərif eşitmişəm ki... Evə gəlib çay süzəndə stəkan iki yerə bölünüb. Hətta bir verilişdə o qədər yaxşı söz dedilər ki... Sonrada qayıtdılar ki, Gülay yeni avtomobil alıb. Yolda avtomobili idarə edəndə bir anda şüşəsi şimşək kimi çat verə-verə getdi. Şüşə çat-çat oldu".