Zəncəfil pəhrizi ilə 5 kiloqram arıqla

Zəncəfil pəhrizi ilə 5 kiloqram arıqla
45193 dəfə oxunub
  • A-
  • A
  • A+

Arıqlamaq qərarı adətən, bir həftədən sonra öz aktuallığını itirir və orqanizm simicləşib, piylərini enerjiyə xərcləmək istəmir. Bax, elə bu zaman insan pəhriz saxlamaqdan bezərək, əvvəlki rejiminə qayıdır. Pəhrizdə əsas amil piylərin parçalanma prosesini sürətləndirməkdir. Bəs buna necə nail olaq?

Axşam.az xarici mətbuata istinadən tez arıqladan və kökəltməyən zəncəfil pəhrizini təqdim edir:

Pəhrizin özəlliyi

• Zənjəfil dəmləməsi metobolizmi sürətləndirib, «daxili isinmə» effekti verib, piy toxumalarını parçalayır

• Orqanizmi soyuqdan qoruyur (soyuq havada orqanizm enerji yığmaq üçün qida tələb edir)

• Həzm sisteminə bilavasitə nəzarət edir

• Sidikqovucu təsir göstərib, bədəndəki şişkinliyi azaldır

• Yağların yığılmasına kömək edən şlakları və toksinləri orqanizmdən kənarlaşdırır

Bu pəhrizlə 5 kiloqram arıqlamaq mümkündür.

Tələb olunan ərzaqlar

• 3 çay qaşığı üyüdülmüş zəncəfil tozu
• 2 lt. qaynar su
• 5 çay qaşığı bal
• Bir çimdik qara istiot
• 4 çay qaşığı limon şirəsi
• Bir neçə ədəd nanə yarpağı

Dəmləmənin hazırlanması

Qaynar suya zəncəfil tozu töküb, 1-2 dəqiqədən sonra balı və qalan ərzaqları əlavə edib, qarışdırıb, 15 dəqiqə ağzıbağlı qabın içində saxlayın.

Pəhrizin qaydası

Bu qarışığı hər səhər ac qarnına içib, yarım saatdan sonra səhər qəlyanaltısı etmək olar.