“Baffi”nin aktyoru öldü

“Baffi”nin aktyoru öldü
59 dəfə oxunub
  • A-
  • A
  • A+

“Vampir qatili Baffi” serialındakı "Rupert Cayls" rolu ilə tanınan britaniyalı aktyor Entoni Hed 72 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” nəşri məlumat yayıb.

Bildirilib ki, aktyor pnevmoniyanın yaratdığı ağırlaşmalar səbəbindən ailəsinin əhatəsində dünyasını dəyişib.

Qeyd edək ki, Entoni Hed həyat yoldaşı Sara Fişerin ölümündən bir neçə ay sonra vəfat edib. Sara ötən ilin dekabrında 61 yaşında dünyasını dəyişmişdi.

Aktyor “Vampir qatili Baffi” serialındakı rolu ilə məşhurlaşıb. O, həmçinin "Ted Lasso", “Bridgerton”, “Dəmir ledi”, “Persi Cekson və Canavarlar dənizi” kimi layihələrdə də çəkilib.