Xalq artisti Tünzalə Ağayeva növbəti klipini təqdim edib.
Axşam.az xəbər verir ki, müğənni “Sevgi həvəsi” adlı yeni mahnısı üçün kamera qarşısına keçib.
Mahnının sözləri və musiqisi İsmayıl Əliyevə məxsusdur. Ekran işi süni intellektlə hazırlanılıb. Klipdə Ağayevanın 2024-cü ildə çəkilən fotosessiyasından istifadə olunub.