Yanağınızdakı qəmzə nədən xəbər verir?

Yanağınızdakı qəmzə nədən xəbər verir?
15998 dəfə oxunub
  • A-
  • A
  • A+
Qəmzənin mənası, necə yarandığı və niyə məhz bəzi insanlarda olduğu yəqin ki, çoxumuza maraqlıdır.
 
Axşam.az xarici mətbuata istinadən, qəmzənin daşıdığı mənaları təqdim edir.

Bu, adətən bəzi insanlarda genetik olaraq mövcuddur. Valideynlərdən birində qəmzə varsa, 25-50%, hər ikisində olarsa 50-100% ehtimalla uşaqda  da yarnır.

 Hətta bəzi ölkələrdə yanağında çökək olan qızlar gözəl hesab edilir. Qəmzələrin çoxu doğuş əsnasında yaranan qüsur sayılsa da, sonralar hətta gözəllik elementinə çevrilər bilir. Əsasən yanaqda, çənədə, beldə yaranan qəmzələr bəzən yaş artdıqca itir. O, adətən, üzün həmin hissəsində əzələ toxumları inkişaf etməyən şəxslərdə yaranır və gülərkən ortaya çıxır.

Bu zaman bəzi insanların bir, bəzilərinin isə hər iki yanağındakı qəmzə üzə çıxır. Adətən qəmzəsi olanlar gənc ruhlu, uşaqüzlü insan kimi bilinirlər.