"Bakı 2015"ə bileti olanlar metrodan pulsuz istifadə edəcək

"Bakı 2015"ə bileti olanlar metrodan pulsuz istifadə edəcək
917 dəfə oxunub
  • A-
  • A
  • A+
Avropa Oyunlarında tamaşaçı qismində iştirak edən şəxslər həmin günə olan biletlərini və şəxsiyyət vəsiqələrini təqdim etməklə metrodan pulsuz istifadə edə biləcəklər.

Axşam.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Bakı Metropolitenin Mətbuat Xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev sosial şəbəkədə məlumat paylaşıb.

Qeyd edək ki, daha öncə sadəcə açılış və bağlanış mərasimlərinin iştirakçıları bu hüquqdan istifadə edə bilərdilər.