Bu gün bağlı olacaq yollar - siyahı

Bu gün bağlı olacaq yollar -  siyahı
4061 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün "Bakı 2015" ilk Avropa Oyunlarının açılış mərasimi ilə bağlı bəzi yollarda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Axşam.az-ın məlumatına görə, iyunun 12-də saat 16.00-dan gecə saat 02.00-dək Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək və Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsilə kəsişməyədək hissədə yollar bağlı olacaq.

Həmçinin iyunun 13-də saat 08:30-18:30, 14 iyunda isə 08:30-19:00 aralığında Zuğulba Yolu / Bakı Dairəvi II-nin Dairə 1-dən Dairə 2-dək yollar tam bağlanacaq.