"Bakı 2015"in açılışına nə qədər pul xərclənib? - rəsmi

"Bakı 2015"in açılışına nə qədər pul xərclənib? - rəsmi
7955 dəfə oxunub
  • A-
  • A
  • A+
Gənclər və idman naziri Azad Rəhimov bir neçə gündür mediada ukraynalı və rus idmançıların davası ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Axşam.az-ın "qafqazinfo"ya istinadən xəbərinə görə, nazir açıqlamasında Ukrayna və Rusiya idmançılarının dava etməsi haqda yayılan məlumatların tamamilə yalan olduğunu deyib:

"Biz bunu axıra kimi araşdırdıq, hər iki tərəf də bunu təkzib etdi. Sonra dedilər ki, guya həmin şəxslər şəhərdə görüşüblər. Bu da qeyri-mümkün idi".

Nazir bildirib ki, açılış mərasiminə 100 milyon manatdan artıq xərc çəkilib:

"Dəqiq rəqəm oyunlar bitdikdən sonra açıqlanacaq".

Nazir həmçinin deyib ki, beş minə yaxın jurnalist akreditasiyadan keçib:

“Hansısa jurnalistin akreditasiya müraciəti ölkənin qaydalarına görə cavablanır. Ölkənin işğal olunmuş ərazilərinə səfər edənlərin akreditasiyası qəbul edilmədi. Digər qaydaları pozanlar da vardı. Jurnalistlərin akretidasiyasına təkcə Əməliyyat Komitəsi qərar vermirdi. Avropa ölkələri liderlərinin mərasimə qatılmamasının oyunlara mənfi təsir etdiyini yazırlar. Amma İsveçrə, Böyük Britaniya, İtaliyadan və digər ölkələr baş nazir və xarici işlər naziri səviyyəsində mərasimə qatılıblar”.