Ledi Qaqa Bakıda oteldə gizlənirmiş

Ledi Qaqa Bakıda oteldə gizlənirmiş
5121 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikanın məşhur pop ulduzu Ledi Qaqanın bir neçə gün Bakı mehmanxalarının birində gizli yaşadığı məlum olub.

Axşam.az-ın məlumatına görə, “qafqazinfo” bigstory.ap.org-a istinadən xəbər verir ki, bu barədə Avropa Oyunlarının təşkilatçısı Catherine Ugvu açıqlama verib.

Bildirilib ki, müğənninin ötən gün stadionun səhnəsində görünməsi tamaşaçılar üçün gözlənilməz olub, bu onlara bir sürpriz idi.

Catherine Ugvu qeyd edib ki, pop ulduzu gizlin saxlamaq çox çətin olub:

"O, hoteldə bir neçə gün gizli qalmağa razılaşdı. Ledi bu addımları çox xoş qarşıladı, etirazını bildirmədi".

Xatırladaq ki, Ledi Qaqa ötən gün Avropa Oyunlarının açılış mərasimində Jhon Lenonun “İmagine” mahnısı ilə çıxış edib.