"Baku 2015"də günün ilk medalını qazandıq

"Baku 2015"də günün ilk medalını qazandıq
3464 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Bilgəh çimərliyində Bakı-2015 birinci Avropa Oyunlarında kişilər arasında triatlon yarışı başlayıb.

Axşam.az-ın Trend-ə istinadən məlumatına görə, bu yarışda 58 idmançı mübarizə aparır. Azərbaycanı yarışda Rostislav Pevtsov və Aleksandr Yatçenko təmsil edirlər.

Yarışda portuqaliyalı idmançı Joao Silva və Joao Pereyra, ispaniyalı Fernando Alarza, rusiyalı Aleksandr Bryuxankov və Dmitri Polyanskin əsas favoritlər hesab olunurlar.

Artıq yarışın birinci mərhələsi başlayıb. İdmançılar hər birinin uzunluğu 750 metr olmaqla iki dövrə vuracaqlar. Triatlon yarışının qaydalarına görə, atletlər əvvəlcə 1500 metr məsafəyə üzməli, sonra 40 kilometr velosiped sürməli və daha sonra 10 kilometr qaçaraq yarışı başa vurmalıdırlar.

Kişilər arasında qalib idmançı Rio-2016 Yay Olimpiya Oyunlarında birbaşa iştirak hüququ qazanacaq.

Yarışların yekunu üzrə təmsilçimiz Aleksandr Yatçenko üçüncü yeri tutub. Yunanıstanlı James Xronis 1-ci, norveçli İden Qustav isə 2-ci olub.

Beləliklə, Azərbaycan Avropa Oyunlarında daha bir medal qazanıb.