Ərdoğan “Bakı-2015”-i təyyarədə mobil telefonu ilə izlədi - foto

Ərdoğan “Bakı-2015”-i təyyarədə mobil telefonu ilə izlədi - foto
2368 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Bakı-2015” İlk Avropa Oyunlarını mobil telefonu ilə izləyib.

Axşam.az “Milliyət”ə istinadən xəbər verir ki, İstanbul-Ankara reysi üzrə uçuş zamanı ölkə başçısı türkiyəli güləşçi Rza Kayaalpın final oyununa baxıb. Rza Kayaalp azərbaycanlı idmançı Səhabi Şəriətiyə 3:1 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

Qeyd edək ki, Ərdoğan Avropa Oyunlarında qızıl medal qazanan türkiyəli idmançıları təbrik edib. O, Enes Erkan, Rza Kayaalp, Burak Uyqur və Sərap Özçəlikin hər birinə ayrı-ayrılıqda təbrik teleqramı göndərib.