"Ermәni idmançıya uduzmamalı idim" - Həsən Əliyev

"Ermәni idmançıya uduzmamalı idim" -  Həsən Əliyev
10983 dəfə oxunub
  • A-
  • A
  • A+

Yunan-roma gülәşi üzrә 66 kq çәki dәrәcәsindә Avropa Oyunlarının bürünc mükafatçısı Hәsәn Әliyev oyunu barədə fikirlərini bölüşüb.

Axşam.az-ın “qafqazinfo”ya istinadən xəbərinə görə, idmançı açıqlamasında dünənki məğlubiyyəti qəbul edə bilmədiyini bildirib:

“Birinci yeri tutmalı idim. Qızıl medal qazanmaq istәyirdim. Amma olmadı. Ermәni idmançıya uduzmamalı idim. Onunla bir dәfә görüşüb mәğlub etmişdim. Üçüncü yer üçün döyüşә, azarkeşlәrim önünә çıxmaq fikrim yox idi. Çünki ermәniyә uduzmağı qәbul edә bilmirdim. Elә ona görә dә medalları alarkәn başımı qaldıra bilmәdim”.