"Bakı 2015"in muzeyi yaradılacaq

"Bakı 2015"in muzeyi yaradılacaq
771 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Olimpiya Stadionunda Avropa Oyunları muzeyi yaradılacaq.

Axşam.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, muzeyin açılışı I Avropa Oyunları başa çatdıqdan sonra olacaq:

“Muzey əsasən açılış mərasimində istifadə edilən müxtəlif paltarlar və digər əşyalardan təşkil olunacaq. Avropa Oyunlarına həsr edilən ayrıca muzey olmayacaq. Lakin Olimpiya muzeyinin inşası başlayıb ki, ölkənin bütün idman tarixi burada əks olunacaq”.