Əlil arabasında Avropa Oyunlarını işıqlandıran Qarabağ qazisi

Əlil arabasında Avropa Oyunlarını işıqlandıran Qarabağ qazisi
628 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda keçirilən Birinci Avropa Oyunlarında bir maraqlı fakt da yarışlarda 1-ci qrup Qarabağ qazisi (əlili) İlham Məhərrəmovun iştirakıdır.

Axşam.az-ın qaziler.az saytına istinadən yaydığı xəbərə görə, o, bu yarışları əlil arabasında işıqlandıran yeganə fotoqrafdır.

İ.Məhərrəmov 21 il əvvəl Qarabağ müharibəsində aldığı yaralar səbəbindən elə o vaxtdan əlil arabasında gəzir. “Arabaçı TV”nin yaradıcısı olan qəhrəmanımız o zamanlar Qarabağa da könüllü gedib, bu gün də Birinci Avropa Oyunlarında könüllü olaraq çalışır.