Xetaq Qazyumova qızıl medalı Prezident təqdim edib - fotolar

Xetaq Qazyumova qızıl medalı Prezident təqdim edib - fotolar
1462 dəfə oxunub
  • A-
  • A
  • A+

Birinci Avropa Oyunlarında Azərbaycanın aktivinə daha bir qızıl medal yazılıb. İyunun 17-də Heydər Əliyev adına İdman Sarayında Azərbaycan pəhləvanı Xetaq Qazyumov bütün rəqiblərini məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub.

Axşam.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasını izləyiblər.

Sonra mükafatların təqdimetmə mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev qalib idmançılara medalları təqdim edib.

Bu qələbə münasibətilə Azərbaycanın dövlət himni səsləndirilib, üçrəngli bayrağımız ucaldılıb.

Qeyd edək ki, Olimpiya Oyunlarının ikiqat bürünc mükafatçısı, dünya çempionatının qızıl və gümüş medalçısı X.Qazyumov gərgin mübarizə şəraitində keçən final görüşündə gürcü rəqibini 3:1 hesabı ilə yenərək Avropa Oyunlarının qızıl medalına sahib olub.