"Qələbəni dövlətimə həsr edirəm" - Toğrul Əsgərov

"Qələbəni dövlətimə həsr edirəm" - Toğrul Əsgərov
2497 dəfə oxunub
  • A-
  • A
  • A+

"Qazandığım bu qələbəni ilk növbədə dövlətimə həsr edirəm".

Axşam.az Trend-ə istinadən xəbər ki, bunu bu gün Avropa Oyunlarının sərbəst güləş yarışlarında 65 kq çəki dərəcəsində qızıl medal qazanan Azəbaycan güləşçisi Toğrul Əsgərov deyib.

Olimpiya çempionumuz qeyd edib ki, onun üçün London Olimpiadasından sonra Avropa Oyunlarına qədər ötən dövr çətin keçib:

"Həqiqətən də mənim üçün çox çətin oldu. Avropa və dünya çempionatı 2 ildən artıqdır ki, mənim üçün uğursuz olub. Bu gün üçün çox güclü hazırlaşırdım. İstəyim, məqsədim o idi ki, birinci Avropa Oyunlarında qızıl medal qazanım. Şükürlər olsun ki, bunu əldə etdim".

T.Əsgərovun sözlərinə görə, o, rəqiblərinin demək olar ki, hamısını tanıyıb:
 
"Əsas odur ki, kim güclü idisə, o da qalib oldu. Lakin finalda görüşdüyüm italiyalı rəqibi ilə ilk dəfə idi ki, görüşürdüm".

Güləşçi son zamanlar onu uğursuzluq zolağına düşməkdə ittiham edənlərini fikirlərini normal qəbul etdiyini deyib:

"Bu, həmişə belə olub. İstər-istəməz uduzanda reaksiya başqa olur, udanda başqa. idmançılara arzu edirəm ki, həmişə qələbə qazansınlar, üzlərində qələbə sevinci olsun".

Avropa Oyunlarının qızıl medalçısı növbəti Olimpiya oyunları və dünya çempionatında da qalib gəlməyə qadir olduğunu deyib:
 
"Buna qadirəm, potensialım çatır. 19 yaşımda Olimpiya çempionu olmuşam. Mənim hələ yolum uzundur. İki il ardıcıl uğursuzluq oldu. Dizimdən əməliyyat oldum, 1 il döşəkdən kənar qaldım. Bir ildə özümü yenidən yığmaq çətin oldu. İndi hər şey yaxşıdır".