“Döyüşlərə ağlaya-ağlaya çıxırdım" - Firdovsi Fərzəliyev

“Döyüşlərə ağlaya-ağlaya çıxırdım" -  Firdovsi Fərzəliyev
2098 dəfə oxunub
  • A-
  • A
  • A+
“Döyüşlərə ağlaya-ağlaya çıxırdım. Həyəcanıma belə qalib gəlirdim”.

Axşam.az-ın məlumatına görə, bu sözləri "Bakı 2015" İlk Avropa Oyunlarında 60 kiloqram çəki dərəcəsində karate üzrə yarışda qızıl medal qazanan idmançımız Firdovsi Fərzəliyev deyib.

“Yeri gəlmişkən” verilişinə qonaq olan həmyerlimiz qələbə sevincini bölüşüb:

“Çox həyəcanlı olurdum. Yarışlarda həyəcandan axan yaşlar sonradan sevinc göz yaşlarına çevrildi. Ailəmi sevindirmək mənim üçün şərəfdir. Qalib olanda müəllimim sevindiyindən məni qucağına almışdı. Üstümdə əziyyət çəkənlərin zəhməti yerdə qalmadı. Qarşıdan Dünya çempionatı, İslam olimpiadası gəlir. Orada da çıxış edib, qalib olmaq istəyirəm”.