Gimnastımız gümüş medal qazandı

Gimnastımız gümüş medal qazandı
584 dəfə oxunub
  • A-
  • A
  • A+

Birinci Avropa Oyunlarında idman gimnastikası üzrə kişilər arasında fərdi çoxnövçülük yarışlarının final mərhələsi sona çatıb.

Axşam.az-ın məlumatına görə, birinci yeri Ukrayna idmançısı Oleq Vernyayev tutub. Azərbaycanı təmsil edən Oleq Stepko isə ukraynalı gimnastdan cüzi xalla geri qalaraq ikinci yerin sahibi olub.

Üçüncü yerdə isə Rusiya idmançısı Nikita İqnatyev qərarlaşıb.