İradə Aşumova 17-ci yerdə - yenilənir

İradə Aşumova 17-ci yerdə -  yenilənir
584 dəfə oxunub
  • A-
  • A
  • A+

Atıcılıq Mərkəzində "Bakı-2015" birinci Avropa Oyunlarının atıcılıq yarışlarının start götürən dördüncü günündə maraqlı qarşılaşmalar gözlənilir.

Axşam.az-ın AzərTac-a istinadən xəbərinə görə, bu gün qadınlar arasında 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəşaçma, qadınlar arasında 25 metrdən tapança ilə atəşaçma, kişilər arasında qoşa səngər stendi yarışları keçiriləcək.

Qadınlar arasında 25 metrdən tapança ilə atəş yarışında ölkəmizi İradə Aşumova təmsil edir.

Azərbaycanın təcrübəli atıcısı İradə Aşumova beynəlxalq yarışlarda tanınan simadır. Avropa Oyunlarının ən yaşlı iştirakçısı olan 57 yaşlı Aşumova Barselona (1998) və Lahti (2002) dünya çempionatlarının gümüş mükafatçısı, 2004-cü il Afina Olimpiya Oyunlarının isə bürünc mükafatçısıdır.
__________

Artıq qadınlar arasında 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəş, kişilər arasında qoşa səngər stendi yarışlarının təsnifat mərhələsi keçirilir.

Bundan başqa, qadınlar arasında 25 metrdən tapança ilə atəş yarışının təsnifat mərhələsinin sərrast atəş hissəsi də start götürüb.

Qadınlar arasında 25 metrdən tapança ilə atəş yarışında ölkəmizi İradə Aşumova təmsil edir.
__________________

Qadınlar arasında 50 metr məsafədən üç vəziyyətdə tüfənglə atəşaçma yarışının finalçıları müəyyən olunub.

Qızıl medal uğrunda italiyalı Petra Zublasinq, serbiyalı İvana Maksimoviç, fransalı Laurens Brize, isveçrəli Petra Lustenberger, almaniyalı Beate Qauss, ukraynalı Nataliya Kalnyuş, avstriyalı Olivia Hofmann və böyük britaniyalı Cennifer Makintoş mübarizə aparırlar.

Qadınlar arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışının təsnifat mərhələsinin sərrast atəş hissəsi artıq başa çatıb.

Yarışda ölkəmizi təmsil edən İradə Aşumova bu mərhələni 17-ci yerdə başa vurub.