Şimşək çaxacaq, yağış yağacaq

Şimşək çaxacaq, yağış yağacaq
2036 dəfə oxunub
  • A-
  • A
  • A+

Yaxın günlər ərzində ölkə ərazisində müşahidə edilən havanın temperaturunda ciddi dəyişikliyin olacağı gözlənilmir.

Axşam.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən məlumatına görə, iyunun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 29-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 20-də hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam dağlıq rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.