Bakıda iftar çadırları qurulub

Bakıda iftar çadırları qurulub
1525 dəfə oxunub
  • A-
  • A
  • A+

Hər il olduğu kimi bu il də Azərbaycanın paytaxt və müxtəlif rayonlarında iftar çadırları qurulur.

Axşam.az-ın anspress-ə istinadən məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov deyib ki, artıq Bakı kəndlərində belə çadırlar qurulub və iftar süfrələri verilir. Onun sözlərinə görə, Qaraçuxur və İlahiyyat məscidlərində 30 gün ərzində iftar verilməsilə bağlı idarəyə məlumat verilib.

Qeyd edək ki, Şəki və Qəbələ rayonlarında iftar çadırları açılacaq. Bu rayonlardakı iftar çadırları da əhalinin maliyyə dəstəyilə təşkil olunur. İftar çadırları Ramazan ayının sonuna qədər əhaliyə açıq olacaq.

Adətən iftar çadırları məscidlərin həyətlərində təşkil olunur. Əhalinin maddi dəstəyi və məscidlərin daxili imkanları hesabına təşkil olunan bu çadırlarda Ramazan ayı boyunca iftar verilir. Təşkil olunan iftar çadırlarında 250–500 nəfər iftar edə bilər.