Qadın voleybolçularımız Türkiyəyə məğlub oldu - yenilənib

Qadın voleybolçularımız Türkiyəyə məğlub oldu - yenilənib
1757 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bakı-2015"də qadın voleybolçular arasında qrup mərhələsinin oyunlarına bu gün yekun vurulacaq.

Axşam.az-ın məlumatına görə, A qrupunda yer alan millimiz Türkiyə ilə qarşılaşıb.

Hər iki komanda artıq 1/4 finala vəsiqəni təmin etsə də, bu görüşdə qalib gələcək yığma qrupun qalibi olacaqdl. Keçirdiyi 4 oyunda qələbə qazanan komandamız uğurlu seriyanı davam etdirməyə çalışıb.

Gərgin idman mübarizəsi şəraitində keçən birinci set 23:25 hesabı ilə Türkiyənin xeyrinə başa çatıb.

İkinci (24:26) və üçüncü (21:25) setlərdə də üstün olan türkiyəli voleybolçular ümumi hesabda 3:0 hesabı ilə qalib gəliblər.