Spirtli içki aludəçilərini kəklikotu sağaldacaq

Spirtli içki aludəçilərini kəklikotu sağaldacaq
1604 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəzi insanlar var ki, spirtli içkiyə aludəçilikdən əziyyət çəkir. Spirtli içki bir çox xəstəliklərin yaranmasına səbəb olur. Buna görə də ondan bacardığınız qədər uzaq durun.

Axşam.az xarici KİV-ə istinadən bu aludəçilikdən xilas olmağa kömək edəcək vasitələr təqdim edir: 

Kəklikotu ilə sağal

Qızıl çətirotundan, yovşan arağından və kəklikotundan eyni miqdarda ayırıb qarışdırın. Qarışıqdan 1 xörək qaşığı götürüb, 1 stəkan qaynar suya töküb, qaynadıb, 2 saat saxlayın. Gün ərzində 4 dəfə 1 xörək qaşığı qəbul edin. Müalicə iki-üç ay davam etdirilməlidir.

Tozağacı spirtli içkidən çəkindirəcək

Tozağacı odununun üstünə şəkər tozu səpib, yandırın. Odunun tüstüsünü spirtli içki aludəçisinə iylədin. Bundan sonra həmin insan mütləq araqdan iyrənəcək.

Kərəvizli məlhəm

1 kərəviz kökünü və 1 dəfnə yarpağını azca qaynar suya töküb, iki həftə saxlayın. Araq içdikdən yarım saat sonra həmin şəxsə verin. Bu, ürəkbulanması yaradır və içkidən iyrənməyə kömək edir.