Atletika yarışlarına yekun vuruldu - yenilənib

Atletika yarışlarına yekun vuruldu -  yenilənib
2324 dəfə oxunub
  • A-
  • A
  • A+

Birinci Avropa Oyunları çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən atletika yarışlarına yekun vurulub.

Axşam.az-ın məlumatına görə, Slovakiya komandası 458,5 xal toplayaraq birinci Avropa Oyunlarının çempionu olub.

Yarışların sonuncu günündə kişi və qadın idmançılar atletikanın 19 növü üzrə yarışıblar.

Qadınlar arasında çəkicatma yarışında təmsilçimiz Hanna Skidan və 5000 metr məsafəyə qaçışda idmançımız Bontu Megersa ikinci olublar.

Kişilər arasında 3000 metr məsafəyə qaçışda atletimiz Hayle İbrahimov bu gün də finiş xəttini birinci keçib. Bu, birinci Avropa Oyunlarının atletika yarışlarında onun üçüncü uğurudur.

Üçtəkanla tullanma yarışında isə idmançımız Nazim Babayev ümidləri doğruldaraq birinci olub. Kişilər arasında sədlərlə 110 metr məsafəyə qaçışda Rahib Məmmədov ikinci yeri tutub.

Beləliklə, Azərbaycan komandası yarışları 387 xalla 5–ci yerdə başa vurub. Birinci yeri 458,5 xalla Slovakiya, ikinci 458 xalla Avstriya, üçüncü yeri isə 439 xalla İsrail komandaları tutublar.

Atletika yarışlarında ilk üç yerin sahibləri birinci Avropa Oyunlarının medalları ilə yanaşı, 2016-ci ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına da vəsiqə qazanıblar.