Kənan Rzayev fransalı cütlüklə mübarizə aparacaq - yenilənir

Kənan Rzayev fransalı cütlüklə mübarizə aparacaq -  yenilənir
766 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı İdman Sarayında qadınlar və kişilər arasında badminton üzrə qrup və fərdi yarışlar davam edir.

Axşam.az-ın məlumatına görə, bu gün kişilər arasında fərdi yarışlarda "B" qrupunda mübarizə aparan badmintonçumuz Kənan Rzayev maltalı Samuel Kali ilə üz-üzə gələcək. Həmçinin kişi və qadın cütlüklər, qarışıq cütlüklərin yarışında qrup mərhələsinin görüşləri təşkil olunacaq.
______________

Kişilərin fərdi yarışlarında Azərbaycan badmintonçusu ilk qələbəsini qazanıb. "B" qrupunda mübarizə aparan Kənan Rzayev maltalı Samuel Kalini 21:16 və 21:12 hesabı ilə məğlub edib. Qrup mərhələsi çərçivəsində idmançımız növbəti görüşünü iyunun 24-də İtaliya təmsilçisi Rosario Maddaloniyə qarşı keçirəcək.
_____________

Kişilər arasında “B” qrupunda yarışan badmintonçularımız Kənan Rzayev-Orxan Qələndərli fransalı cütlük Bastian Kersaudi-Geatan Mittelheyster ilə mübarizə aparacaqlar.