Bu gün yarışacaq idmançılarımızın siyahısı

Bu gün yarışacaq idmançılarımızın siyahısı
746 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bakı 2015"də Azərbaycan idmançıları bu gün 4 müxtəlif idman növü üzrə mübarizə aparacaqlar.

Axşam.az siyahını təqdim edir.

Boks, saat 12:30-dan

Dörd azərbaycanlı boksçu coşğulu tamaşaçıların azarkeşliyi ilə Bakı Kristal Zal 2-də döyüş meydanında olacaq.

Saat 12:30-da keçiriləcək günorta sessiyasının açılış görüşündə, qadınlar arasında turnirdə Azərbaycanı təmsil edən Yana Alekseevna yüngül çəki (57-60kq) dərəcəsi üzrə dörddəbir finalda Zinaida Dobrinina ilə yarışacaq.

Azərbaycanlı digər boksçu Xaybula Musalov isə saat 13:30-da kişilər arasında yüngül çəki (75kq) dərəcəsində ən azı bürünc medal qazanmağa zəmanət verən belarus qalib Vitali Bandarenka ilə mübarizə aparacaq.

Gecədə iştirak edəcək bir nömrəli boksçu həmyerlimiz Tayfur Əliyev yarımfinal qarşılaşmasında güclü favoritdir. O, saat 19:30-da kişilər arasında yarım-yüngül (56kq) çəki dərəcəsində rusiyalı Baxtovar Nazirov ilə görüşəcək.

Azərbaycanı təmsil edən Teymur MƏMMƏDOV saat 20:15-də yüngül-ağır (81kq) çəki dərəcəsində rus Pavel Silyaqina qarşı yarımfinal görüşü ilə axşam sessiyasına son qoyur.

3x3-ə basketbol, saat 15:30-dan

Azərbaycan komandasının qadınları Avropa Oyunları Parkında baş tutmuş Niderland və Yunanıstanla görüşlərində meydançanı iki dəfə coşdurublar. Açılış günündə 15-11 hesabı ilə İspaniyaya məğlub olan yerli yığma, cümə axşamı keçiriləcək seçmə oyun ilə ilk Avropa Oyunlarında uğur qazanmaq istəyirlərsə, yenidən güc toplamalıdırlar.

Azərbaycanlı Aneika Henri Şimali Amerikanın peşəkar MBA komandasında yer alan iki oyunçudan biridir. O, anlayır ki, özü və yığma heyətindəki yoldaşları əllərindən gələni etməlidirlər.

Azərbaycanlı kişilərdən ibarət basketbol heyəti isə çərşənbə axşamı iki oyun oynadıqdan sonra yenidən çərşənbə günü iş başında olacaqlar.

Qadınlar Hollandiya və Yunanıstanla, kişilər isə Andorraya qarşı mübarizə aparacaqlar.

Badminton, saat 15:40-dan

Azərbaycanın kişilərdən ibarət cütlüyü Kənan Rzayev və Orxan Qələndərov yarışacaq.

Çimərlik futbolu, Azərbaycan və Ukrayna, saat 20:30-dan

Azərbaycan yığma komandası Ukrayna ilə oyunda qələbəyə birinci yiyələnmək üçün hər bir şansı nəzərə alacaqlar. A qrupunda İsveç və Portuqaliya kimi güclü komandaların olması ilə hər iki tərəf yarımfinala yüksəlmək üçün mütləq qələbə uğrunda mübarizə aparacaqlar.