Türkiyədə güllələnən gənc müğənni ilə bağlı son xəbər

Türkiyədə güllələnən gənc müğənni ilə bağlı son xəbər
4849 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə qatıldığı səs yarışması ilə tanınan və Diyarbəkirdəki evində silahla başından vurulan müğənni Mutlu Kayanın vəziyyəti düzəlir.

Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, 37 gündür reanimasiyada müalicə görən Mutlu palataya köçürülüb. Həkimi onun şüurunun yerində olduğunu və fiziki vəziyyətinin yaxşılığa doğru getdiyini deyib:

"Bir neçə kəlmə olsa da, danışa bildi. Beyin əməliyyatı ilə bağlı heç bir problemi yoxdur".

Qeyd edək ki, M.Kayanı televiziya proqramlarından birində keçirilən səs yarışmasında müğənni Sibel Can Diyarbəkirdən tapıb gətirmişdi. Proqramın növbəti günlərinə qatılmadan öncə, mayın 18-də Kaya öz evində silahla vurulmuşdu. Gənc qızın sevgilisi Veysi Ercan şübhəli qismində həbs olunub.