Oruc tutanlar susamamaq üçün bunu oxusun

Oruc tutanlar susamamaq üçün bunu oxusun
7611 dəfə oxunub
  • A-
  • A
  • A+
Ramazan ayı yay aylarına düşdüyü üçün oruc tutanların əsas çətinliyi susuzluqdur.

Axşam.az sizə susamamaq üçün 5 məsləhət təqdim edir:

1. İftarda və imsakda çox çay və qəhvə içməyin. Hər ikisi sidik qovucu olduğu üçün bədəninizdə olan suyu çıxaracaq.

2. Duzluluq səviyyəsi çox olan yeməklərdən imtina edin. Turşu, duzlu pendir, duzlu zeytun susuzluq yaradır.

3. Çox yağlı yeməkləri, qızartma, küftə, kabab, yağlı ətdən hazırlanan yeməkləri menyunuza salmamanız məsləhətdir.

4. İftardan sonra susuzluğu yatırmaq üçün çox soyuq sular içməyin. Çünki soyuq sular bədən hərarətinizi azaltdığı üçün müvəqqəti doyumluq yaradır. Bu da ehtiyacınız olan mayeni almağınıza mane olur. Çox soyuq olmayan adi sudan istifadə etmək məsləhətdir.

5. Şirin içkilər, şərbət, limonad, hazır meyvə suları və qazlı içkilərdən uzaq durun. Çox kalorili olduqları üçün insanı kökəldir və həm də qan şəkərinizi sürətli düşürüb qaldırdığı üçün çox yeməyə səbəb olur. "İmsakda nə qədər yesəm, o qədər tox qalacağam" fikri yanlışdır. Nə qədər çox yesəniz, o qədər də susayacaqsınız.