Şpaqaçılarımız final mərhələsinə yüksələ bilməyiblər - yenilənir

Şpaqaçılarımız final mərhələsinə yüksələ bilməyiblər -  yenilənir
420 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bakı 2015" Avropa Oyunları çərçivəsində keçirilən qılıncoynatma yarışlarının ikinci günündə kişilər arasında şpaqa ilə fərdi yarışlar başlayıb.

Axşam.az-ın məlumatına görə, azərbaycanlı idmançılardan bu yarışlarda Kənan Əliyev "A", Nəcəf Məhərrəmov "B", Vəkil Nəsibov "C", Mehrab Həsənov "E" qruplarında birincilik uğrunda mübarizə aparırlar.
____________

Qadın qılıncoynadanlar da rapira ilə fərdi yarışlara başlayıblar.

Rapira yarışlarında ümumilikdə 36 qılıncoynadan 6 qrupda mübarizə aparır. Bu yarışda Azərbaycan təmsil olunmayıb.

Bu gün birinci Avropa Oyunlarının qılıncoynatma yarışlarında daha 2 dəst medalın sahibləri müəyyənləşəcək.
_____________

Kişilər arasında şpaqa ilə fərdi yarışların qrup mərhələsində 35 idmançı 5 qrupda mübarizə aparıb.

Azərbaycanın 4 idmançısından ikisi qələbə sevinci yaşayıb. Kənan Əliyev iki, Mehrab Həsənov isə bir dəfə qalib gəlməyi bacarıb. Onların hər ikisi qrupda 6-ci yeri tutub. Altı oyunun hamısında uduzan Nəcəf Məhərrəmov və Vəkil Nəsibov isə 7-ci olublar. Şpaqaçılarımız onaltıdabir final mərhələsinə yüksələ bilməyiblər və mübarizəni dayandırıblar.